Gəncədə taksi sürücüsü qəzaya düşüb.


Moderator.az xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.






Məlumata görə, "Toyota" markalı avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub.


Hadisə zamanı 2003-cü il təvəllüdlü Eldar Əliyev və 2002 ci il təvəllüdlü Teymur Zeynalov xəsarət alıblar.


Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır qiymətləndirilir. 


Faktla bağlı araşdırma başlanılıb.