Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib.
 




Moderator.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.
 
Əmrə əsasən, general-mayor Faiq Məmmədov DSX Mərkəzi Aparatının yeni rəhbəri təyin edilib. Bu, Mərkəz Aparatın əsas idarəetmə strukturudur.
 
Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub.
 
General 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.