Ağcabədidə bacısını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub.


Moderator.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, təqsirləndirilən T.M-nin yetkinlik yaşına çatmadığı əsas gətirilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.








Qeyd edək ki, hadisə ötən il Ağcabədi rayonunda baş verib. Ailə münaqişəsi zəminində T.M. 16 yaşlı bacısı F. M-ni kəsici-deşici alətlə qətlə yetirib.


Ona Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.