"Fənərbaxça"nın UEFA Avropa Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsi bəlli olub.


Moderator.az xəbər verir ki, klub yenilənmiş siyahını UEFA-ya bildirib.








Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.



Yeni iştirak ərizəsində qış transfer pəncərəsində komandaya qoşulan 3 oyunçunun da adı yer alıb. Bunlar Nqolo Kante, Sidiki Şerif və Mateo Genduzidir.


Qeyd edək ki, Türkiyə klubu pley-off mərhələsində "Nottingem Forest"lə qarşılaşacaq.