Teleaparıcı Alidə Mustafayeva icra başçısı olan həyat yoldaşından ayrılıb? - AÇIQLAMA
07 Feb 2026, 12:35 3 baxış 1 dəq oxuma
Məşhur televiziya aparıcısı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovdan boşanması barədə şayiələr yayılmaqdadır.
Moderator.az xəbər verir ki, Oxu.az-a verdiyi açıqlamada Alidə Mustafayeva sözügedən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
"Mediada ayrılmağımız haqqında yayımlanan məlumatlar tamamilə əsassızdır", - deyə A.Mustafayeva qeyd edib.
Xatırladaq ki, cütlüyün toy mərasimi 2024-cü ilin fevral ayında baş tutub.