İngiltərə Premyer Liqası mövsümünün 25-ci turunda "Liverpul" və "Mançester Siti" arasında keçirilən oyun başa çatıb.


Moderator.az xəbər verir ki, "şəhərlilər" səfərdə 1:2 hesabı ilə qalib gəliblər.






74-cü dəqiqədə "Liverpul"dan Dominik Soboslay hesabı açıb. Bernardo Silva 84-cü dəqiqədə bərabərlik qolunu vurub Erlinq Holand 90+3-cü dəqiqədə penaltini qola çevirərək qonaqların qələbəsini təmin edib.


Bu oyundan sonra "Liverpul" 39 xalla altıncı, "Mançester Siti" 50 xalla ikinci yerdədirlər.