Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin qərarı ilə Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.
 




Moderator.az xəbər verir ki, Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. 
 
Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
 
2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini,
 
2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb.
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
 
Dövlət qulluğunun müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
 
Evlidir, iki övladı var.