Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.


Moderator.az xəbər verir ki, son oyun günündə daha iki matç keçiriləcək.






Əvvəlcə "Şamaxı" "Qarabağ"ı qəbul edəcək. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüşün start fiti saat 14:30-da səslənəcək.


Turun son matçı isə "Palms Sports Arena"da "Neftçi" və "Qəbələ" komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək.


Qeyd edək ki, növbəti turun oyunları 14-16 fevralda baş tutacaq.


Azərbaycan Premyer Liqası


XIX tur


10 fevral


14:30. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Şamaxı şəhər stadionu


19:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

“Palms Sports Arena”.