Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.


Moderator.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.






Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.


Fəxri qarovul dəstəsinin rəisi ABŞ-nin Vitse-prezidentinə raport verib.


Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.


Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.


Sonra rəsmi foto çəkdirilib.