Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi Mirzə Mirzəyev vəzifəsindən azad edilib.


Moderator.az APA-ya istinadən xəbər verir ki, o, 2024-cü ilin aprel ayından bu vəzifədə çalışıb.






Qeyd edək ki, M.Mirzəyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.