Qobustanda bədbəxt hadisə baş verib.


Moderator.az xəbər verir ki, nənə və nəvə həyatını itirib.








Hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib. İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Qızbacı Mədətova və nəvəsi 2013-cü il təvəllüdlü Gülmalı Mədətov hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.