Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bu gün bəlli olacaq.


Moderator.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.






Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv püşkatmaya D Liqasının 1-ci səbətində qoşulacaq. Burada 3 komandadan ibarət 2 qrup formalaşacaq. Bu qruplarda komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matça çıxacaqlar.


D Liqasında iştirak edəcək iki yığma martda baş tutacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.


UEFA Millətlər Liqası


2026/2027 mövsümü


A Liqası


1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya


2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya


3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç


4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə


B Liqası


1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail


2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna


3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya


4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo


C Liqası


1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan


2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan


3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya


4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino


D Liqası


1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu


2-ci səbət: Lixtenşteyn, Andorra


Pley-offda məğlub tərəf reytinqdə 49-52-ci yerlərdən birini tutsa, birinci səbətdə qalacaq. 53 və ya 54-cü yerdə qərarlaşsa, ikinci səbətə düşəcək. Bu cütlər püşkdə həmin yerlərin sahibləri kimi təmsil olunacaqlar.


Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək. Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.