Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.


Moderator.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə D liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.






Püşk zamanı birinci səbətdə yer alan millimiz 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.


Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.