Azərbaycan yığmasının əsas məqsədi UEFA Millətlər Liqasında C Liqasına qayıtmaqdır.


Moderator.az xəbər verir ki, bunu Azərbaycan seçməsinin baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.






Mütəxəssis UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün püşkünü dəyərləndirib:


"Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram".


Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.