Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda hər biri üç otaqdan ibarət 20 mənzil alınması üçün tender elan edib.
 




Moderator.az oxu.az-a istinadən xəbər verir ki, mənzillərin şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi planlaşdırılıb.
 
Xidmət tərəfindən 20 mənzilin alınması müqabilində 1 milyon 980 min manat ödəniş edilməsi nəzərdə tutulur.