Almaniya Bundesliqasının flaqmanı "Bavariya" öz müdafiəçisi Dayot Upamekano ilə əməkdaşlıq müddətini rəsmən uzadıb.


Moderator.az-ın məlumatına görə, bu barədə Münhen klubunun rəsmi mətbuat xidməti tərəfindən açıqlama verilib.






Qeyd olunub ki, 27 yaşlı Fransa millisinin üzvü ilə imzalanan yeni anlaşma 2030-cu ilin yay fəslinə qədər qüvvədə olacaq.


Xatırladaq ki, Upamekano 2021-ci ildən bəri Münhen komandasının şərəfini qoruyur.