Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.
 




Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı abidələrin önünə əklil qoyub.