Bu gün Azərbaycan Premyer Liqasında XX tura yrkun vurulacaq.


Moderator.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.







Günün ilk matçında "Şamaxı" "Turan Tovuz"u qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq oyunu FIFA referisi Tural Qurbanov idarə edəcək. Hazırda Ayxan Abbasovun komandası 23 xalla turnir cədvəlinin 8-ci, Kurban Berdıyevin kollektivi isə 33 xalla 4-cü pilləsində qərarlaşıb.


Günün növbəti qarşılaşmasında isə "Sabah" səfərdə “Qəbələ” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda baş tutacaq oyunu baş hakim Rauf Cabarov idarə edəcək. Hazırda Kaxaber Tsxadadzenin komandası 14 xalla turnir cədvəlinin 10-cu, Valdas Dambrauskasln kollektivi isə 46 xalla 1-ci pilləsində yer alır.


Azərbaycan Premyer Liqası, XX tur

16 fevral (bazar ertəsi)

14:30. “Şamaxı” – “Turan Tovuz”


Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Emin Əliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Şamaxı şəhər stadionu



17:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Qəbələ şəhər stadionu



Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında "Zirə" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı, "Qarabağ" "İmişli"ni 1:0, "Neftçi" isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib.