AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.


Moderator.az quruma istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya) oyununun UEFA matç direktoru (UEFA Venue Director) olacaq.






Qarşılaşma fevralın 17-də İstanbulda "Rams Park Arena"da baş tutacaq.