Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az xəbər verir ki, rayonun Birinci Qazaxlar kəndi ərazisində qeydə alınan hadisə zamanı “QazEL” markalı yük avtomobili kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Baloğlan oğlunu vurub.








Nəticədə yaralı hadisə yerində həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.