Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.
 




Moderator.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.
 
Günün ən çox maraq doğuran matçı isə Türkiyədə baş tutacaq.
 
Qardaş ölkənin turnirdəki yeganə təmsilçisi olan “Qalatasaray” öz meydanında İtaliyanın “Yuventus” klubu ilə üz-üzə gələcək.
 
“Ali Sami Yen” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
 
Qeyd edək ki, pley-off mərhələsinin digər dörd oyunu, o cümlədən "Qarabağ"ın "Nyukasl"la matçı fevralın 18-də baş tutacaq.

UEFA Çempionlar Liqası


Pley-off mərhələsi


17 fevral


21:45. "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya)


00:00. "Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)


00:00. "Borussiya Dortmund" (Almaniya) - "Atalanta" (İtaliya)


00:00. "Monako" (Fransa) - PSJ (Fransa).