Ağdam rayonunda zəhərlənmə faktı qeydə alınıb.


Moderator.az-ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Biləsuvar rayon sakini, 2007-ci il təvəllüdlü A. Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.






O, dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir.


A.Əliyeva Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir.


Faktla bağlı araşdırma aparılır.