Azərbaycanda keçiriləcək futbol "FIFA Series - 2026" beynəlxalq turnirinin təqvimi müəyyənləşib.


Moderator.az xəbər verir ki, Azərbaycan, Syerra-Leone, Oman və Sent-Lüsiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək.






İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.


Turnirin təqvimini nəzərinizə çatdırırıq:


27 mart


15:00. Oman - Syerra-Leone


"Dalğa Arena"


19:00. Azərbaycan - Sent-Lüsiya


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


30 mart


15:00. 3-cü yer uğrunda (məğlublar)


"Dalğa Arena"


19:00. Final (qaliblər)


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu