Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 4 qarşılaşma keçiriləcək.


Moderator.az xəbər verir ki, günün ilk matçında Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq.






Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.


Gecənin digər oyunlarında "Budyo Qlimt" "İnter"lə, "Brügge" "Atletiko Madrid"lə, "Olimpiakos" isə "Bayer Leverkuzen"lə qarşılaşacaq.


UEFA Çempionlar Liqası


Pley-off mərhələsi


18 fevral


Saat 21:45, "Qarabağ" - "Nyukasl".


19 fevral


Saat 00:00, "Budyo Qlimt" - "İnter";


Saat 00:00, "Brügge" - "Atletiko Madrid";


Saat 00:00, "Olimpiakos" - "Bayer Leverkuzen".