İspaniya Kubokunun final oyununun keçiriləcəyi tarix müəyyənləşib.


Moderator.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.






Həlledici qarşılaşma aprelin 18-dən 19-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Görüş Sevilyadakı Estadio de-la Kartuxa stadionunda təşkil olunacaq.


Qeyd edək ki, "Barselona" yarımfinalın ilk görüşündə "Atletiko"ya (0:4), "Atletik" isə "Real Sosyedad"a (0:1) uduzub.