Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Moderator.az xəbər verir ki, şəhər ərazisində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü Zərifə Əlimmədovanı avtomobil vurub.






Piyada xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.


Faktla bağlı araşdırma başlanılıb.