Bu gün Misli Premyer Liqasında XXI tura start verilir.


Moderator.az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.






Günün ilk oyununda "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək. "Azersun Arena"da baş tutacaq oyunun start fiti saat 17:00-da çalınacaq.


Günün son görüşündə isə "Sumqayıt" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Bu qarşılaşma 19:30-da başlayacaq.


Misli Premyer Liqası


II dövrə, XXI tur


20 fevral


17:00. "Turan Tovuz" - "Zirə"


Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov


VAR: Kamranbəy Rəhimov


AVAR: Müslüm Əliyev


Hakim-inspektor: Feyzulla Feyzullayev


AFFA nümayəndəsi: İlham Əliyev


"Azersun Arena".


19:30. "Sumqayıt" - "Qəbələ"


Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov


VAR: Cavid Cəlilov


AVAR: Eyyub İbrahimov


Hakim-inspektor: İmanxan Sultani


AFFA nümayəndəsi: Eldəniz Musayev


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.