22 fevral saat 22:00-dan, 24 fevral gecə saatlarınadək Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.


Bu barədə Moderator.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.








Məlumata görə, fasiləyə səbəb magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar işlərin görülməsidir.


Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.