Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.


Moderator.az xəbər verir ki, kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə edib.






Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.


Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova - Gülnar Məmmədova partiyası heç-heçə başa çatıb.


Qeyd edək ki, ikinci görüşlər sabah baş tutacaq.