Bu gün Azərbaycan Premyer Liqasında XXI turun növbəti oyunu keçiriləcək.


Moderator.az xəbər verir ki, turun ikinci günündə “Karvan-Yevlax” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcək.






Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanı baş hakim İnqilab Məmmədov idarə edəcək. Hazırda Fizuli Məmmədovun rəhbərlik etdiyi kollektiv 6 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Andrey Demçenkonun komandası isə 30 xalla 6-cı yerdədir.


Xatırladaq ki, XXI tur çərçivəsində bu gün keçirilməli olan “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb.


Qeyd edək ki, turun ilk oyun günündə “Turan Tovuz” doğma meydanda “Zirə”ni 2:0 hesabı ilə məğlub edib, “Sumqayıt” – “Qəbələ” qarşılaşması isə qolsuz heç-heçə ilə yekunlaşıb.


Azərbaycan Premyer Liqası


XXI tur


21 fevral (şənbə)

14:30 – “Karvan-Yevlax” – “Araz-Naxçıvan”


Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev

VAR: Tural Qurbanov

AVAR: Şirməmməd Məmmədov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Nəriman Axundov


Yevlax şəhər stadionu