Cəbrayıl rayonunda açıq ərazidə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.








Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində 0.7 ha sahədə kol-kos və quru ot yanıb.


Ətraf ərazilər yanğından mühafizə olunub.