Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb.


Moderator.az-ın məlumatına görə, paytaxtın Suraxanı rayonunda baş verib.








Məlumata görə, rayonun Zığ qəsəbəsinin ərazisində hərəkətdə olan 2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev idarə etdiyi “Minsk” markalı motosikleti səkiyə vurub.


M.Ovçuyev hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.