Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.


Moderator.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.






Əvvəlcə "İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Şamaxı"nı qəbul edəcək.


Baş hakim Rəşad Əhmədovun idarə edəcəyi matçın start fiti 14:30-da səslənəcək.


Turun son görüşü isə "Sabah" və "Kəpəz" arasında təşkil olunacaq.


"Bank Respublika Arena"da baş tutacaq oyun FIFA referisi Əliyar Ağayevə həvalə edilib. Qarşılaşma saat 17:00-da başlayacaq.


Qeyd edək ki, növbəti turun oyunları 27 fevral - 1 mart tarixlərində keçiriləcək.


Azərbaycan Premyer Liqası


XXI tur


22 fevral


14:30. “İmişli” – “Şamaxı”


Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Elman Musayev

Quba OİK stadionu, 14:30


17:00. “Sabah” – “Kəpəz”


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Əli Əliyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

“Bank Respublika Arena”.