Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu altı medalla başa vurublar.


Moderator.az xəbər verir ki, son olaraq Selcan Mahsudova – Maqsud Mahsudov cütü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar.






Onlar yarışda birinci yeri tutublar. Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.


Batutçulardan Maqsud Mahsudov – Hüseyn Abbasov cütü və Selcan Mahsudova – Şəfiqə Hümbətova cütü sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.