Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.


Moderator.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.






Belə ki, "AUDİ" markalı avtomobil ikisi azyaşlı olmaqla, dörd nəfəri vurub.


Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.


Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.