Deputat tərəfindən döydürüldüyü deyilən Pərviz Mirizadə işindən ayrılıb
23 Feb 2026, 10:07 3 baxış 1 dəq oxuma
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işindən ayrılıb.
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, o, ötən həftə sözügedən vəzifəni tərk edib.
Xatırladaq ki, bir neçə gün əvvəl deputat Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılmışdı.