Rusiya paytaxtı Moskvada bu gün boks üzrə dünya yığması ilə yerli "Dinamo" komandası arasında görüş keçiriləcək.
 




Azərbaycan Boks Federasiyasından Moderator.az-a verilən məlumata görə, qarşılaşmada ölkəmizin milli komandasının üzvü Səidcəmşid Cəfərov da iştirak edəcək.
 
Dünya komandasını təmsil edəcək boksçumuz 75 kq çəki dərəcəsində Moskva klubunun idmançısı Yeqor Şapoçanski ilə mübarizə aparacaq.