Azərbaycanın Xalq artisti Alim Qasımov Bakıda zavod açıb.


Moderator.az Demokrat.az-a istinadla xəbər verir ki, sözügedən müəssisə Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərir.






Alim Qasımova məxsus olan fabrik karton-kağız istehsalı və emalı üzrə ixtisaslaşıb.


Hazırda həmin fabrik Alim Qasımovun ailə üzvləri tərəfindən idarə olunur.