Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin dörd oyunu keçiriləcək.
 




Moderator.az xəbər verir ki, "Qarabağ" İngiltərədə "Nyukasl Yunayted" klubunun qonağı olacaq.
 
İzləyicilər "Nyukasl Yunayted" - "Qarabağ" oyununu İctimai TV-də izləyə biləcəklər.
 
Günün digər maraqlı qarşılaşmalarında isə "İnter" "Budyo Qlimt" ilə, "Atletiko Madrid" "Brügge" ilə üz-üzə gələcəklər. Hər iki qarşılaşma "CBC Sport" TV-də canlı yayımlanacaq.

UEFA Çempionlar Liqası


Pley-off mərhələsi


24 fevral


Saat 21:45, "Atletiko Madrid" - "Brügge" ("CBC Sport" TV).


25 fevral


Saat 00:00, "Nyukasl Yunayted" - "Qarabağ" (İctimai TV);


Saat 00:00, "İnter" - "Budyo Qlimt" ("CBC Sport" TV).