İcarə əsasında "Marsel"də çıxış edən fransalı futbolçu Benjamen Pavar karyerasını Almaniyada davam etdirə bilər.


Moderator.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Dortmund "Borussiya"sı 29 yaşlı müdafiəçi ilə maraqlanır.






Liqa 1 komandası müqavilə ilə İtaliyanın "İnter" klubuna məxsus olan oyunçunun çıxışından narazı qalıb. Pavar Milan təmsilçisinin da növbəti mövsüm üçün planlarına daxil deyil.


Benjamen Pavar cari mövsüm "Marsel"də 28 oyuna 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.


Xatırladaq ki, müdafiəçi 2018-ci ildə Fransa millisi ilə dünya çempionatının qalibi olub.