UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Atalanta" - "Borussiya Dortmund" matçı keçirilib.


Moderator.az xəbər verir ki, Berqamoda baş tutan qarşılaşma İtaliya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.






Xatırladaq ki, tərəflər arasında ilk oyunda almanlar qələbəyə sevinmişdilər - 2:0.


İki görüşün yekununda, "Atalanta" rəqibini 4:3 hesabı ilə üstələyib və 1/8 final mərhələsinə adlayıb.