"Bakı" Tələbə Futbol Klubu (TFK) AFFA Region Liqasında iştirak hüququndan məhrum edilib.


Moderator.az-ın məlumatına görə, sözügedən qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.






Paytaxt təmsilçisi "Beyləqan"la oyunda təyin olunan vaxtda meydanda olmayıb. Buna görə də komandanın aktivinə 0:3 hesablı texniki məğlubiyyət yazılıb.


Analoji hal mövsüm ərzində üçüncü dəfə baş verdiyindən "Bakı" TFK turnirdən kənarlaşdırılıb.