"Yuventus" klubu qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.


Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.






35 yaşlı qolkiperlə imzalanan yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.


"Qoca Sinyora"nın yetirməsi sayılan Pinsolyo 2010-cu ildən etibarən əsas komandanın heyətində yer alır. Müxtəlif klublarda icarə əsasında çıxış edən təcrübəli qapıçı Turin təmsilçisinin forması ilə indiyədək cəmi 6 oyunda meydana çıxıb.