İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.


Moderator.az xəbər verir ki, keçirilən püşkatmaya 1/4 final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizəni davam etdirən 16 klub qatılıb.






UEFA Konfrans Liqası


1/8 final mərhələsi


"Kristal Pelas" (İngiltərə) - "AEK Larnaka" (Kipr);


"Siqma Olomouts" (Çexiya) - "Maynts 05" (Almaniya);


"Samsunspor" (Türkiyə) - "Rayo Valyekano" (İspaniya);


"Lex" (Polşa) - "Şaxtyor" (Ukrayna);


"AZ Alkmar" (Niderland) - "Sparta" (Çexiya);


"Selye" (Sloveniya) - AEK (Yunanıstan)";


"Riyeka" (Xorvatiya) - "Strasburq" (Fransa);


"Fiorentina" (İtaliya) - "Rakuv" (Polşa).


Qeyd edək ki, bu raundun matçları martın 12-si və 19-da keçiriləcək.