Qış fasiləsində "Kəpəz" sıralarını tərk edən Pedro Qomeş karyerasını harada davam etdirəcəyinə aydınlıq gətirib.


Moderator.az-ın məlumatına görə, 22 yaşlı oyunçu İspaniya La Liqasında mübarizə aparan "Valensiya" klubu ilə rəsmi anlaşma əldə edib.






Portuqaliyalı futbolçu ilkin mərhələdə "Valensiya"nın B komandasında forma geyinəcək. Tərəflər arasında bağlanan müqavilənin müddəti 2 illikdir.


Xatırladaq ki, cari mövsümün startında "Boavişta"dan Gəncə təmsilçisinə transfer olunan müdafiəçi baş məşqçi Azər Bağırovun oyun sisteminə uyğun gəlmədiyi əsas gətirilərək komandadan uzaqlaşdırılmışdı.