Abşeronda mağazadan meyit tapılıb.


Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Novxanı kəndində qeydə alınıb.






Kənd sakini, 1962-ci il təvəllüdlü İsrail Əli oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus mağazada aşkar edilib.


Ölümün səbəbi hələlik məlum deyil.


Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.