Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev Şərqi Timorun Prezidenti Joze Ramuş-Ortaya etimadnaməsini təqdim edib.


Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin "X"dəki səhifəsində məlumat yayılıb.






"Azərbaycanın səfiri Ramil Rzayev Şərqi Timorun Prezidenti Joze Ramuş-Ortaya etimadnaməsini təqdim edib. Mərasim ikitərəfli görüşlə davam etdirilib, söhbət zamanı tərəflər gələcək əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər", - məlumatda deyilir.