Fevralın 27-də Panamanın Meksikadakı Səfirliyinin təşkilatçılığı ilə Mexiko şəhərində Panamada akkreditə olunmuş səfirlərlə ilk görüş keçirilib.


Moderator.az xəbər verir ki, tədbir çərçivəsində Panama Respublikasının xarici işlər naziri Xavyer Eduardo Martinez-Aça Vazkes Azərbaycanın səfiri Seymur Fətəliyevi qəbul edib.








Görüş zamanı Azərbaycan–Panama münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub.