Laçın-Şuşa yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, ötən gün qeydə alınan qəza zamanı 1996-cı il təvəllüdlü Tərtər rayonu Təzəkənd kənd sakini gizir Quluzadə Vüsal Ədalət oğlu ölüb.
 
Hərəkət edən avtomobilin maneəyə çırpılaraq aşdığı bildirilir.
 
Məlumata görə, avtomobildə olan daha iki nəfərin vəziyyəti ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.