Xəbər verdiyimiz kimi, bir sıra verilişlərin bağlanması və bəzi müğənnilərə qadağa qoyulmasından sonra Azərbaycanda televiziya efir məkanında ciddi dəyişikliklər baş verib. Efirə daha çox sənəti, səsi və efir etikası ilə seçilən şəxslər dəvət olunur. Bu da Azərbaycan teleməkanına əlavə gözəllik qatmaqla yanaşı, tamaşaçıların zövqünü oxşayır. Verilişlərdə baş verən dəyişikliklər cəmiyyət tərəfindən təqdir olunur.


Moderator.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, baş verən hadisələr fonunda daha bir qrup müğənni və sənət adamına ciddi musiqini təbliğ etmədikləri, efir məsuliyyətinə diqqətsiz yanaşdıqları üçün efir qadağası qoyulub:






Vəfa Şərifova


Təranə Qumral


Musa Musayev


Pərvin Abıyeva


Əli Mirəliyev


Aytac Vidadi qızı


Meyxanaçı Samirə


Fərəh Samirəqızı


Ayan Babakişiyeva


Müjgan Ayxan


Aşıq Mübariz


Türkan Vəlizadə




Aytac Tovuzlu


Yaşar Qafanlı


Afaq Aslan


Sevil İsgəndərli


Elşən Xəzər


Elit star Cəmilə


Rəqqasə Aygün


Müğənni Luna


Arzu Abdulova


İsrail Məmmədov


Günel Ələkbərova (“Pişik Günel”)


Səma Abdullayeva


Səbinə Abdullayeva


Firuzə Babayeva


Arzuxanım Həsənova


Aygül Səfərova


Niqa Yılmaz


Meydan Əsgərov


Manset.az xəbər portalının “Audiovizual Şurada televiziyaların məsul şəxsləri ilə keçirilən görüşdə hansı tapşırıqlar verilib?” sorğusuna Şura belə cavab verib:


“Ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının (redaksiyalarının) məsul şəxsləri ilə görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılmışdır”.